“Ukrayna müharibəsi dalana dirənib” - ABŞ kəşfiyyatı
“Hələ ki, döyüş meydanında tərəflərdən heç biri qələbə qazana bilmir. Amerika kəşfiyyatı hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi dalana dirənib”.
“AzPolitika.info” xəbər verir ki, bu məlumatı “Sky News” ABŞ hərbi kəşfiyyat agentliyinin başçısı Skott Barryerə istinadla yayıb.
General-leytenant rütbəli S.Barryer ABŞ Senatının Silahlı Qüvvələr üzrə komitəsindəki çıxışı zamanı tərəflərdən heç birinin qəti dönüşə nail ola bilmədiyini deyib: “Ruslar qalib gəlmir, lakin ukraynalılar da qalib gələ bilmir. Burada biz bir qədər dalana dirənmişik”.
Bununla yanaşı, Barryer deyib ki, Ukraynaya qarşı işğalın gedişində Rusiya azı 10 generalını itirib və hətta ola bilsin ki, onların sayı 12-dir. General əlavə edib ki, işğalçı ordu heç bir istiqamət üzrəı həlledici uğur qazana bilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur