UFC yarışında qondarma rejimin “bayrağı” qaldırıldı - Azərbaycandan etiraz
“UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma “bayrağının” qaldırılması ilə bağlı ölkəmizin ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən UFC prezidentinə etiraz məktubu göndərilib”.
“mİNVAL.info” xəbər verir ki, bu sözləri XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb:
“UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib”.
Qeyd edək ki, ABŞ-ı təmsil edən erməniəsilli döyüşçü Edmun Şahbazyan rinqə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxıb. Derek Brunsonla döyüş zamanı qondarma rejimin bayrağı rinqdə asılı qalıb. Qarşılaşma Brunsonun qələbəsilə başa çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?