Üçüncü dozadan sonra əlavə peyvənd vurulacaq?
“Hər hansı bir peyvənd dozasının (birinci, ikinci və ya buster) tətbiqi ilə bağlı tövsiyələr, fayda və risklərin hərtərəfli nəzərə alınması da daxil olmaqla, peyvəndin təhlükəsizliyi və effektivliyinə dair mövcud sübutların qiymətləndirilməsinə əsaslanır”.
“Minval.info” xəbər verir ki, bunu APA-nın pandemiyadan sonra koronavirus vaksininin vurulub-vurulmayacağı məsələsi ilə bağlı sorğusuna cavabında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, mövcud sübutlara əsasən, ÜST və ÜST-ün Avropa Regionunda Milli İmmunlaşdırma Texniki Məsləhət Qruplarının əksəriyyəti hazırda bir çox ölkələrdə tətbiq olunan üçüncü dozadan artıq əlavə COVID-19 buster dozalarını tövsiyə etməyib.
“ÜST peyvəndin effektivliyi ilə bağlı meydana çıxan sübutları nəzərdən keçirməyə davam edəcək və buster dozalar da daxil olmaqla, COVID-19 peyvəndi siyasəti ilə bağlı ölkələrə əlavə təlimatlar təqdim edəcək”, – o əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026