Üç günlük hava proqnozu
Mayın 31-dən iyunun 2-dək gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Minval.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Mayın 31-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyinin sürəti 7-12 m/s, arabir 16 m/s, iyunun 1-də cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək, iyunun 2-də arabir 15 m/s-dək güclənəcək.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Havanın temperaturu gecə 18-20, gündüz 26-29 dərəcə isti, iyunun 1-2-də 31 dərəcəyədək isti təşkil edəcək.
Əksər rayonlarda mülayim, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə gecə və axşam lokal qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var