TV Müsavatın yeni layihəsi - Kamran Həsənli “Kamranla 1” verilişi ilə kanalımızda!
TV Müsavat youtube kanalının yeni transferi! Sabahdan etibarən tanınmış teleaparıcı Kamran Həsənli TV Müsavatın efirində tamaşaçılarla görüşəcək. K.Həsənli həftənin bazar ertəsi və cümə axşamı günləri, saat 16.00-da kanalımızda “Kamranla 1” verilişi ilə çıxış edəcək. Teleməkanda öz fərqli dəst-xətti ilə seçilən aparıcı bir-birindən maraqlı qonaqlar və debatlarla görüşünüzə gələcək.
Aparıcı musavat.com-a açıqlamasında bildirdi ki, TV Müsavat kanalının tamaşaçılarına fərqli, yeni layihələr təqdim edəcək. K.Həsənli paralel olaraq fərqli internet televiziyalarında da çıxış edir. Amma o, TV Müsavat auditoriyasının onun üçün doğma olduğunu, daha öncə kanala qonaq qismində qatıldığı üçün bu auditoriyanın enerjisini bəyəndiyini bildirib.
Biz isə oxucularımıza, eyni zamanda TV Müsavat izləyicilərinə kanalımızı diqqətlə izləmələrini, gündəmdən xəbərdar olmaq üçün youtube və facebook, eləcə də tik-tok hesablarını TV Müsavata kökləmələrini tövsiyyə edirik. Bizi izləyin ki, gündəmdən xəbərsiz qalmayasız.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurasının yeni üzvləri açıqlandı
Modern.az 17 ildir oxucularla birlikdə!
İTV 21 yaşını qeyd edir
Jurnalistlər haqqında yanlış xəbərlər etiraz doğurdu
Mais Ağayev bu tv-yə rəhbər təyin olundu
Space TV-də yeni yüksək vəzifə təyinatı
Çimərliyə gedənlərin nəzərinə