Türkmənistanda xalqı prezidentin ölmədiyinə inandırmağa çalışırlar, özü isə gözə dəymir
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun ölüb-ölmədiyi dəqiq bilinmir. İyulun 20-də onun vəfat etməsi haqda xəbər çıxmışdı.
Rəsmi Aşqabad dərhal xəbəri təkzib etməyə tələsmişdi. İki gün əvvəl Berdıməhəmmədovun televiziyada kadrları görünməyə başladı. Üstəlik, onun Özbəkistan prezidenti Şavkat Mirziyoyevi təbrik etdiyi bildirildi. Buna qədər dövlət başçısından 15 gündür xəbər çıxmırdı.
Bizimyol.info xəbər verir ki, Türkmənistan hökuməti incəsənət adamlarını işə qoşub. Eyni gündə onlarla aktyor, müğənni, bloger xalqı şayiələrə inanmamağa çağırıb.
Aktyor Yaqşı Qoşunov deyib ki, xalq prezidentini sevir. O, danışılanları yalan adlandırıb. Müğənni Selbi Tuvakqılıcova “Instagram”dakı video-müraciətdə “Şükür Allaha ki, o, sağ və salamatdır” deyib. Musiqiçi Beqmurad Amanqulıyev ölüm xəbəri yayanları təhqir edib. Deyib ki, prezident üçün canından keçməyə hazırdır. Ümumiyyətlə, Türkmənistanın tanınmış adamları ard-arda #duryalan heşteqi ilə müraciət paylaşır.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Radio Azatlık” isə üç il əvvəl Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun ölümü dövründə məhz belə ab-hava olduğunu xatırladıb. Onda da Özbəkistanın incəsənət adamları müraciət hazırlayaraq, bu faktı inkar edirdilər.
Berdıməhəmmədovun ölüm xəbərini hamıdan əvvəl politoloq Aslan Rubayev yaymışdı. Sonra o özü də xəbəri təkzib etmişdi. Səbəbini xəbəri verən mənbənin bunu sonradan təkzib etməsiylə əlaqələndirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
