Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
Avropa İttifaqında (Aİ) qaz ehtiyatlarının azalması ilə qarşıdan gələn qış dövrü ciddi enerji böhranı ilə üzləşə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, Aİ bu qış 14 milyard kubmetrə qədər təbii qaz çatışmazlığı ilə üzləşə bilər. Bu rəqəm ittifaqın ümumi tələbatının təxminən 7 faizini təşkil edir və 10-12 milyon ev təsərrüfatının elektrik enerjisi ilə təminatına uyğun gəlir.
Nəşrin qeyd etdiyinə görə, Aİ-də qaz anbarlarının doluluq səviyyəsi 2011-ci ildən bəri ən aşağı həddə enərək 70 faizdən bir qədər çox olub. İranda müharibə səbəbindən tədarükün məhdudlaşması və qaz qiymətlərinin yüksək qalması vəziyyəti daha da çətinləşdirir.
Əgər qarşıdan gələn qış ötən il olduğu kimi soyuq keçərsə, Avropa qaz çatışmazlığı ilə üzləşə bilər. Bu isə ölkələri dünya bazarlarından daha baha qiymətə qaz almağa, alternativ tədarüklər tapılmadıqda isə istehlakı məhdudlaşdırmağa məcbur edə bilər. Nəticədə əhali üçün elektrik enerjisi xərclərinin artması ehtimalı da yüksəlir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
USS Abraham Lincoln təyyarə gəmisi 322 gün sonra ABŞ-a qayıtdı
Donetskdə 35 nəfər həlak oldu, Rusiya Belgorodda dörd ölüm bildirdi
Şahzadə Harri və Meqan Markl üzr istəməyəcək
Türkiyədən Qara dənizdə yeni ticarət dəhlizi təklifi
ABŞ-da artan qiymətlər Trampın reytinqinə təsir edir
Putinin təbliğatçısı həyat yoldaşı ilə birlikdə Monteneqroda saxlanıldı