Putinin təbliğatçısı həyat yoldaşı ilə birlikdə Monteneqroda saxlanıldı
Rusiyanın tanınmış “Rıbar” Telegram kanalının təsisçisi Mixail Zvinçuk, həyat yoldaşı Valeriya və daha üç nəfərlə birlikdə Monteneqroda saxlanılıb. Publika.az xəbər verir ki, bu hadisə Rusiya Xarici İşlər Nazirliyinin də diqqətini çəkib və Moskva hadisənin səbəblərini araşdırmağa başlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “İzvestiya”ya verdiyi açıqlamada, saxlanmanın səbəblərini öyrənmək üçün işlərin davam etdiyini bildirib. Zvinçuk və onunla birlikdə olanlar səhər saatlarında qaldıqları oteldə saxlanılıblar.
Zvinçukun həbsi, “Rusiya təbliğatını yaymaq” və “informasiya əməliyyatları aparmaq” şübhələri ilə əlaqələndirilir. Bu səbəblə o, Britaniya, Avropa və Amerika tərəfindən ittiham hədəfinə çevrilib.
“Rıbar” kanalı, 1,5 milyondan çox izləyicisi ilə Rusiyanın ən böyük ictimai səhifələrindən biridir və əsasən hərbi mövzularla məşğul olur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şahzadə Harri və Meqan Markl üzr istəməyəcək
Türkiyədən Qara dənizdə yeni ticarət dəhlizi təklifi
ABŞ-da artan qiymətlər Trampın reytinqinə təsir edir
Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
2026 Nobel Sülh Mükafatı Navi Pillaya təqdim olundu
Navi Pillay 2026-cı ilin Nobel Sülh Mükafatını qazandı