04.09.2026 - 09:19
Kriminal 19 baxış

Türkiyə Aİ-ni Kipr məsələsində qərəzsizlikdə ittiham edir

Türkiyə Xarici İşlər Nazirliyi Kipr məsələsində Avropa İttifaqını qərəzsiz mövqe tutmağa dəvət edib. Nazirlik, Avropa Parlamenti Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsinin 2027-ci il üçün Avropa İttifaqı büdcəsinə dair verdiyi rəydə, yunan Kipri tərəfindən Türk Silahlı Qüvvələrinə böhtan atmaq məqsədilə inşa ediləcək qondarma bir abidəyə vəsait ayrılmasının tövsiyə edildiyini bildirib.

Minval.info xəbər verir ki, Türkiyə XİN-in bəyanatında, Türk Silahlı Qüvvələrinin 1974-cü il Kipr Sülh Əməliyyatı ilə Kiprin türk sakinlərinin məhv edilməsinin qarşısını aldığı və adaya yarım əsrdən artıqdır davam edən sülhü gətirdiyi vurğulanıb. Nazirlik, yunan tərəfindən irəli sürülən iddiaların tarixi həqiqətləri təhrif etdiyini və siyasiləşdirdiyini qeyd edib. Aİ qurumlarının Kipr məsələsinin həllinə töhfə vermək əvəzinə, qərəzsizlik və ədalət prinsiplərindən uzaqlaşaraq yunan tərəfinin təbliğatına alət olmasının icmalararası etimadı zədələdiyini bildirib.

Türkiyə, Aİ rəsmilərinə, atdıqları hər addımla Türkiyəni Aİ-dən uzaqlaşdırmağı hədəfləyən dairələrin vasitəsinə çevrilməmələri ilə bağlı çağırış edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: