Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya
Ağ Evin Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Rusiya-Ukrayna müharibəsi, G7 və NATO sammitləri ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbiylə yaranan qlobal taxıl böhranının G7 sammitinin gündəm maddələrindən biri olacağını deyən Kirbi Bayden administrasiyasının bu problemin həlli üçün səy göstərdiyini bildirib.
“Türklər də bu mövzuda ruslarla danışıqlar aparırlar. Türkiyənin bu məsələdəki rolunu alqışlayırıq. Türkiyə kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə daşınması üçün müəyyən səylər göstərir”, – Ağ Ev rəsmisi qeyd edib.
Kirbi NATO zirvəsinin əsas gündəmlərindən birinin Finlandiya və İsveçin üzvlük müraciəti olacağını vurğulayıb:
“Türkiyə, İsveç və Finlandiyanın aralarındakı problemləri həll edəcəyinə, bu iki ölkənin NATO-ya üzv olacağına əminik. Ancaq bunun nə vaxt baş verəcəyini deyə bilmərəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Taksi sürücüsü Nəsiminin qəzəllərini əzbər deyir - Video
Son sutkada Azərbaycanda 129 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Kreml Putin-Zelenski görüşü barədə açıqlama verdi
Dövlət və özəl təşkilatlarda çalışanlar 3 qrupa bölünərək işləyəcəklər
TƏBİB-dən koronavirusun üçüncü dalğası ilə bağlı VACİB AÇIQLAMA
Saxta Qarabağ əlilləri arasında dava düşdü - VİDEO
Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama