Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan Gədəbəyə gəlib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Gədəbəy rayonuna gəlib.
“Report”un Qərb Mərkəzi xəbər verir ki, B.Ərdoğan Gədəbəydə keçirilən “Milli Yaylaq Festivalı” iştirak edir.
Xatırladaq ki, Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə bu gün ilk dəfə olaraq Gədəbəy rayonunda “Milli Yaylaq Festivalı” keçirilir.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.
Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır.
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var