Türkiyənin yerli vaksini olan TURKOVAC-ın tətbiqinə icazə verilib
Türkiyənin yerli vaksini olan TURKOVAC-ın kütləvi tətbiqi ilə bağlı lisenziya təsdiqlənib.
Minval.info “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Vaksinin ölkəmizdə istehsal olunması çox əhəmiyyətli hadisədir. Bunun öz alimlərimiz və araşdırmaçılarımız tərəfindən inkişaf etdirilməsi daha böyük əhəmiyyət kəsb edir. Yerli peyvəndin istehsalına başlamağımızın sevincini yaşayırıq.
Beləliklə, vətəndaşlarımıza Sinovac və Biontech aşılarından sonra TURKOVAC-ı da təqdim edə biləcəyik. TURKOVAC-ın istehsalı ilə birlikdə onu bütün dünya ilə paylaşmaqdan məmnunluq duyacağıq. TURKOVAC peyvəndimizin ölkəmizə, millətimizə və bütün dünyaya xeyirli olmasını arzulayıram”,- R.T.Ərdoğan Şanlurfada vaksinin tətbiqinə dair icazə ilə bağlı videokonfrans formatında keçirilən tədbirdə bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!
Qarışqa dərmanı Ağdamda qadını xəstəxanalıq etdi
Ağdamda qadın həşərat dərmanından zəhərləndi
Payızın xərçəngə qalxan olan 5 möcüzəvi qidası
Salyan xəstəxanasında pişik ov səhnəsi: Siçan hədəfdə!
İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verdi
Dünyanın ən uzun atı Hüqo lüks həyat yaşayır