Türkiyənin nazirindən "Lotu Quli" haqqında SENSASİON AÇIQLAMALAR
Türkiyənin Daxili işlər naziri Süleyman Soylu azərbaycanlı qanuni oğru “Lotu Quli” haqqında danışıb.
BAKU.WS xəbər verir ki, nazir “TRT Haber” kanalına açıqlamasında Nadir Səlifovun Türkiyədən deportasiya olunduğunu söyləyib.
Süleyman Soylu bildirib ki, ölkədən çıxarılmasına baxmayaraq, “Lotu Quli” yenidən Türkiyəyə başqa yollarla daxil ola bilib:
“Dünyanın 12 mafiyasından birini Türkiyəyə gətirdilər. Dedilər ki, 2018-ci ildə Rusiya mafiyaları Türkiyədə görüşəcəklər. Əməliyyat keçirdik, amma tapa bilmədik. Sonra işi araşdırdıq. Nadir Səlifov 20 il Rusiya həbsxanalarında yatıb. Onu həbs etdik.
İki gün ərzində vəkilləri Türkiyədən çıxmamaq şərti ilə onun buraxılması haqqında qərar çıxartdırdılar. “Lotu Quli”ni azad etdik. Bir metr çölə addım atandan sonra içəri saldıq. 2-3 ay onu içəridə saxladıq və daha sonra ölkəsinə deport etdik.
Sonra Yunanıstandan pasport alıb Kipr vasitəsilə Türkiyəyə keçdi. Burada onu öz yaxın adamı öldürdü”.
Nazir bildirib ki, bütün mafiyaları Türkiyədən çıxarıblar və ölkəni onlardan təmizləyiblər.
https://youtu.be/fqb5PFM2rHA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi