Türkiyəli nazir: "Beynəlxalq ictimaiyyət Ermənistana xəbərdarlıq etməlidir"
“Türkiyə Ermənistanın pozuculuq fəaliyyəti və hücumlarını qınamaqla yanaşı, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir”.
Minval.info “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vaşinqtonda yerləşən “Turkish Heritage Organization”nun (“Türk irsi təşkilatı”) “Türkiyənin milli müdafiə strategiyası və bölgədəki son hadisələr” başlıqlı onlayn tədbirində Ermənistanla Azərbaycan arasındakı son gərginlikdən bəhs edərkən bildirib.
“ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanı bu kimi hücumlardan çəkinməsi və problemin həlli üçün konstruktiv bir üsul tətbiq edərək Yerevana xəbərdarlıq etməlidir”, – nazir deyib.
H.Akar “F-35” və “S-400”lə bağlı yaranmış gərginliyə də toxunraraq ABŞ və NATO-nun Türkiyə, Türkiyənin isə ABŞ və NATO üçün əhəmiyyətindən danışıb. O bildirib ki, Türkiyə “F-35” layihəsinin müəlliflərindəndir.
Nazir ABŞ-la “F-35” və “S-400”ə dair danışıqlar aparmağa hazır olduqlarını da vurğulayıb.
Minval.info
ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib