Türkiyədə təhsil və səhiyyə sektorunda qiymət artımları rekord qırır: İnflyasiya nələrə təsir edir?
Türkiyədə iyul ayına dair inflyasiya göstəriciləri açıqlanıb. İstehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 31,75 faiz artış göstərib.
Minval.info xəbər verir ki, Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatlarına əsasən, iyul ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 1,78 faiz yüksəlib. İlin əvvəlindən bəri inflyasiya 19,86 faiz, son 12 ay üzrə orta illik inflyasiya isə 31,90 faiz təşkil edib.
Əsas qiymət artımları qida və alkoqolsuz içkilərdə 37,53 faiz, nəqliyyatda 30,83 faiz, mənzil, su, elektrik enerjisi, qaz və digər yanacaq növlərində isə 40,32 faiz olaraq qeydə alınıb. Aylıq göstəricilərə görə, qida və alkoqolsuz içkilərin qiymətləri 1,61 faiz, nəqliyyat xidmətləri 2,59 faiz, mənzil, su, elektrik enerjisi, qaz və digər yanacaq növləri isə 2,25 faiz artıb. Aylıq inflyasiyaya ən böyük təsiri nəqliyyat sektoru göstərib.
ƏLAQƏLİ
Pedri üçün 90 milyon avro: PSJ-nin barselona ilə transfer savaşı başlayır
Təhsil sektoru isə ən yüksək aylıq qiymət artımı ilə diqqət çəkib, burada qiymətlər 44,18 faiz artıb. Səhiyyə sektoru da 43,89 faiz artımla ikinci yerdə qərarlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pedri üçün 90 milyon avro: PSJ-nin barselona ilə transfer savaşı başlayır
Alkoqoldan sonra nə yeməli? – Bədənin bərpası üçün 5 qida tövsiyəsi
Mərakeşli futbolçunun faciəvi sonu: Seutaya üzərkən həyatını itirdi
"Qarabağ" – "Dinamo Kiyev" oyununun biletləri satışa çıxarıldı
Çelsi rekord qırdı: Morqan rocers üçün tarixdə ən böyük məbləğ ödənildi
Arsenaldan Vinisius üçün rekord təklif: Tarixi transfer baş tuta bilər
İbrahim Həsənovun qızıl hədəfi: Son sınaq iranlı rəqibə qarşı