Türkiyədən sonra bu ölkədə gücü zəlzələ ola bilər - 8,5 bal gücündə
Yunanıstanın iki alimi seysmik aktivliyin tarixini qiymətləndirərək, yaxın vaxtlarda ölkəni Rixter şkalası üzrə 8,5 maqnitudada zəlzələnin gözlədiyini bildiriblər.
Professorlar Konstantinos Sinolakis və Kostas Papazakos Türkiyə və Suriyada baş verən silsilə zəlzələlərin şəraitini araşdırıblar. Yerli MEGA telekanalının efirində Sinolakis bildirib ki, Yunanıstanı da güclü seysmik aktivlik gözləyə bilər.
O, Yunanıstanda güclü zəlzələlərin hər 600 ildə bir dəfə baş verdiyinə diqqət çəkib.
“Kritdə sonuncu güclü zəlzələ 1403-cü ildə baş verib və mənim hesablamalarıma görə, belə zəlzələlər hər 600-800 ildən bir baş verir. Biz artıq Rixter şkalası üzrə təxminən 8,5 maqnitudada zəlzələnin astanasındayıq”, – Sinolakis bildirib.
Alimin sözlərini onun həmkarı, Salonikidəki Aristotel Universitetinin seysmologiya professoru Kostas Papazakos da təsdiqləyib. O, Yunanıstanda baş verən zəlzələlərin dövriliyini vurğulasa da, bildirib ki, növbəti fəlakətin dəqiq vaxtını proqnozlaşdırmaq mümkün deyil.
Hər iki alim razılaşıb ki, onların proqnozları gələcəkdən xəbər vermə kimi qəbul edilməməlidir. Daha doğrusu, bu, əhalini mümkün problemlərə hazırlamağa vaxt tapması üçün hakimiyyətin diqqət etməli olduğu xəbərdarlıqdır.//report
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın havası - Temperatur daha da yüksələcək
Talıbovların “saxladığı” qadın müğənnilər kimlərdir?
2 min müəllim imtahanda bunu hesablaya bilməyib
Komandiri ilə birgə şəhid olan Oktayın həyat hekayəsi...