Türkiyədə Mübariz İbrahimovun adını daşıyan zirvəyə yürüş olacaq
Türkiyənin İqdır vilayətində Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimovun simvolik adı verilən zirvədə Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq.
Azərbaycanın Qarsdakı Baş Konsulluğundan APA-ya verilən məlumata görə, vilayətin Tuzluca rayonunda yerləşən Təkaltı dağının zirvəsinə hər iki dövlətin uzunluğu 10 metr olan bayraqları və Mübariz İbrahimovun portreti (90X70 sm) yerləşdiriləcək.
Qeyd olunub ki, sentyabrın 16-da vilayət mərkəzindən Təkaltı dağına izdihamlı yürüş təşkil olunacaq. Sentyabrın 17-də isə baş konsul Nuru Quliyev, Azərbaycanın tanınmış ziyalıları, Türkiyənin yüksək rütbəli hərbçilərinin iştirakı ilə vətənpərvərlik mövzusunda konfrans keçiriləcək.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Qeyd edək ki, dağ idmançılarının marağını çəkən, turistləri cəlb edən Təkaltı dağının cənub zirvəsinə keçən il Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu (AKUD) tərəfindən simvolik olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir