Türkiyədə "Lotu Quli" barədə qərar verildi
“Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov bu gün azadlığa buraxılıb.
Minval.info missiya.az-a istinadən bildirir ki, “Lotu Quli”nin yaxın ətrafından verilən məlumata görə, İstanbulda saxlanıldığı müddət ərzində Nadir Səlifov barədə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində onun Türkiyədə qalmasında heç bir qeyri-qanuni halın olmadığı müəyyən edilib. Ona görə də Nadir Səlifov bundan sonra da Türkiyə ərazisində yaşaya biləcək. Onun sərbəst buraxılması barədə qərar bir neçə saat əvvəl çıxarılıb.
Qeyd edək ki, bir müddət əvvəl “Lotu Quli”nin Türkiyədən çıxarılacağı və Rusiyaya ekstradisiya ediləcəyi barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, “Lotu Quli” oktyabrın əvvəlində İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi