Türk F-16-ları yunan pilotlara qorxutdu– video
Türkiyə F-16-ları ilə Yunanıstan hava qüvvələrinə məxsus hərbi təyyarələrin Egey dənizi üzərində üz-üzə gəlməsi ilə bağlı maraq doğuran video üzə çıxıb.
Axar.az xəbər verir ki, sözügedən videonu Yutub şəbəkəsindəki “Təşkilat TV” kanalı paylaşıb.
Videoda türk pilotların Yunanıstan hərbi təyyarələrinə Egey dənizi üzərində uçmağa imkan verməməsi, davamlı olaraq qovması və sonda yunan pilotların həmin hava məkanını tərk etməsi görünür.
Qeydə alınmış görüntülərdə türk pilotların yunan qırıcılarını daim hədəfdə saxladığı və bir atəşlə məhv edə biləcəyi aydın sezilir.
Yunanıstan Müdafiə naziri Nikos Panqiotopulos isə hadisəni başqa cür şərh etməyə çalışıb. O, Yunanıstan Hava Qüvvələrinə məxsus 38 ədəd F-16 və Miraj-2000 reaktiv təyyarələrinin Egey dənizi üzərində havaya qalxdığını iddia edib. Nazir yunan pilotlarların guya türk pilotlarına “dərs verməsi” haqda fikir səsləndirsə də, üzə çıxan bu video həqiqəti – türk pilotlarının müstəsna ustalığını, yunan qırıcıların qaçmasını gözlər önünə sərir.
Qeyd edək ki, türk pilotlar NATO qüvvələri içərisində xüsusi peşəkarlıqları və cəsarətləri ilə seçilirlər.
ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
https://www.youtube.com/watch?v=Y8FlA08CUwE&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib