"TuranBank"da yerləşdirilən əmanətlər risk altında
ADİF milli valyutada 10%-lə banklarda yerləşdirilən manat əmanətlərini sığortalayır. Amma “TuranBank”da 36 aylıq yerləşdirilən manat əmanətlərinin faizləri hər rüb 10.20%, 6aydan bir 10.30%, ildə bir dəfə 10.40%, faizi müddət sonu əldə olunsa 10.5%-lə əmanət qəbul olunur. Bu hallarda isə sizin pullarınız birmənalı olaraq risklə üz-üzə qalır. Çünki, pulunuz hər an bata bilər.
Dollar əmanəti ilin günün bu vaxtı riskilidir hələ ki, “TuranBank”da.
Belə ki, ADİF xarici valyutada 3%-lə banklara yerləşdirilən əmanətləri sığortalayır. Sözügedən bank isə ən azı 100 dollar olmaqla banka 36 ay müddətində yerləşdirilən əmanətin faizlərini hər rüb əldə edərsə 3,1%, 6 aydan bir 3,15%, ildə bir dəfə 3,2%, faizi müddət sonu əldə edərsə isə 3,25% -lə əmanət rəsmiləşdirilir. Bu isə ADİF tərəfindən sığortalanmayan əmanətlər sinfinə aiddir.
Bu barədə bank istehlakçılara ətraflı məlumat vermir. Bankın buna hazır cavabı da var: “Müştərilərin çoxunun bundan xəbəri var”.
Məlumat üçün deyək ki, sözügedən banka 3 illik dollar və manatla əmanət yerləşdirsəniz, bankın bağlanacağı, və ya lisenziyasının ləğv olunacağı təqdirdə müştərilərin əmanətləri birmənalı olaraq geri qaytarılmayacaq. Yəni, banka dollar və manatla 36 aylıq əmanət yerləşdirmək risklidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu gün saat 23:00-dan sabah saat 05:00-a qədər
8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü danışdı - Video
Azərbaycanda televiziya və radio kanalların yayımı dayandırılacaq
İsrail səfirinin Təbriz tvitinə İran səfirindən qəzəbli REAKSİYA
Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”
Azərbaycan Ukraynadan 110 milyonluq məhsul alıb