12.10.2026 - 10:14
Biləcəri-Yalama dəmir yolunun elektrikləşməsi 450 milyon dollara başa gələcək
İqtisadiyyat 137 baxış

Biləcəri-Yalama dəmir yolunun elektrikləşməsi 450 milyon dollara başa gələcək

Baku.ws-ın yazdığına görə, Biləcəri-Yalama dəmir yolu xəttinin elektrikləşdirilməsi, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması layihəsinin ümumi dəyəri təxminən 447,88 milyon ABŞ dolları olacaq.

Bu nəhəng layihənin maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankı (ADB) 350 milyon ABŞ dolları məbləğində dəstək verəcək.

Layihənin icrasını “Azərbaycan Dəmir Yolları” (ADY) QSC həyata keçirəcək və onun tamamlanması 31 dekabr 2030-cu il tarixinə planlaşdırılır.

Satınalma planı isə 18 aylıq bir dövrü əhatə edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: