13.10.2026 - 10:14
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
İqtisadiyyat 606 baxış

AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb

Baku.ws-ın məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2026-cı ilin ilk doqquz ayını uğurlu əməliyyat göstəriciləri ilə başa vurub. Aviaşirkət bu müddət ərzində 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib.

Hesabat dövründə AZAL-ın beynəlxalq istiqamətlər üzrə sərnişin sayı 2,6 milyondan çox olub. Aviaşirkət, həmçinin Bakı üzərindən transfer edən sərnişinlərin sayını ötən ilin eyni dövrü ilə müqayisədə 29% artıraraq 419 min nəfərə çatdırıb. Orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib.

Ən intensiv gün 15 avqust olub, həmin gün 72 reys icra edilərək rekord qırılıb. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə isə 3,2 min reys həyata keçirilib və 650 minə yaxın sərnişin daşınıb.

AZAL, marşrut şəbəkəsini genişləndirərək yeni şəhərlərə, o cümlədən Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlara başlayıb. Həmçinin Bakı-Brüssel-Bakı marşrutu üzrə aviabiletlərin satışı davam edir.

Rəqəmsal xidmət sahəsində də yeniliklər tətbiq olunub. Təyyarə göyərtəsində nağdsız ödəniş imkanı yaradılıb və “Uzum Bank” ilə əməkdaşlıq çərçivəsində müxtəlif ödəniş sistemləri inteqrasiya edilib. Aviabiletlərin hissə-hissə ödənilməsi və “Stopover” xidmətinin onlayn sifarişi kimi imkanlar təqdim olunub.

AZAL-ın beynəlxalq səviyyədə də uğurları davam edir. Aviaşirkət “Skytrax World Airline Awards 2026” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb. Həmçinin “PAX International Readership Awards 2026” mükafatlarında MDB üzrə ən yaxşı uçuşdaxili əyləncə və bağlantı xidmətləri nominasiyasında qalib olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: