Tupak Şakurun qatili ömürlük həbs cəzası aldı
ABŞ-ın məşhur repçisi Tupak Şakurun 1996-cı ildə Las-Veqasda qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi 33 il sonra tamamlanıb. Münsiflər heyəti 63 yaşlı Duan Kit Devisi (Keffe D) birinci dərəcəli qətldə təqsirli bilib. O, şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzası ala bilər. Hökmün oktyabrın 13-də elan ediləcəyi gözlənilir.
Minval.info xəbər verir ki, Tupak Şakur 7 sentyabr 1996-cı ildə Las-Veqasda prodüser Marion “Syuq” Naytla birlikdə avtomobildə olarkən ağ rəngli “Kadillak”dan açılan atəş nəticəsində yaralanıb. Repçi aldığı güllə yaralarından altı gün sonra, 25 yaşında xəstəxanada vəfat edib. İstintaqın məlumatına görə, Devis hadisə zamanı hücumun həyata keçirildiyi avtomobildə olan dörd nəfərdən biri olub. Prokurorluq onun qətldə istifadə edilən silahı təmin etdiyini və hücuma razılıq verdiyini iddia edib. Onun hadisədən əvvəl Tupakın yanında olan şəxslərlə münaqişə yaşadığı və qətlin qisas məqsədilə törədildiyi bildirilib.
Devis 2023-cü ilin sentyabrında, Tupakın ölümündən təxminən 27 il sonra saxlanılıb. O, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
13 il əvvəlki qətlin təşkilatçısı məhkəmədə
Kürdəmirli oğru qızılları satıb avtomobil aldı
Flyblast rəhbəri Polşada həbs edildi!
ŞƏT sammitində 28 mühüm sənəd imzalandı
Qayınanasını öldürən ananın cəzası ağırlaşdırıldı
İranın hərbi gücü və diplomatiyası: Nə gözlənilir?
Beş bürc üçün pul yağışı: Fürsət qapıları açılır!