Tufandağda itən alpinistlərimizlə bağlı YENİ XƏBƏR
Azərbaycanda alpinistlərin itkin düşməsindən 3 ay ötür.
Minval.İnfo xəbər verir ki, ötən ilin dekabrın 23-də “Gilavar” idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü – 1983-cü il təvəllüdlü Namin Bünyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb.
Daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar , Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunaraq axtarışa başlanılıb.
Femida.az xəbər verir ki, alpinistlərin axtarışı hələ də davam etdirilir. Axtarışlara xarici mütəxəssislər cəlb olunub. Dağlıq ərazinin və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq, alpinistlər tapılana qədər Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən intensiv axtarış tədbirləri davam etdiriləcək.
Qeyd edək ki, alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda film kimi hadisə - 10 yaşlı qız qaçırıldı
Avtomobil almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşacaq - VİDEO
Azərbaycanın məscidlərində bayram namazı qılınıb - FOTOLAR