Tramp: “Mən prezident olsaydım, bu dəhşətli hadisələr baş verməzdi”
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Ağ Evin sahibi olaraq qalsaydı, Ukrayna ətrafında vəziyyətin hazırkı inkişafına, eləcə də inflyasiyanın sürətlə artmasına imkan verməzdi.
“Mən bilirəm ki, hazırda ölkəmiz üçün işlər heç də yaxşı getmir: Avropada nəzarətdən çıxan müharibə, ən yüksək səviyyədə inflyasiya, birja üçün ən pis altı ay və indiyə qədərki ən yüksək enerji qiymətləri”, – Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mən prezident olsaydım, bu dəhşətli hadisələrin heç biri baş verməzdi”, – sabiq dövlət başçısı qeyd edib.
Tramp, həmçinin amerikalıları 4 İyul Müstəqillik Günü münasibətilə təbrik edərək deyib ki, o və tərəfdarları Amerikanı yenidən möhtəşəm edəcəklər.//Oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Rusiya qazı ucuz deyil!
Kərkinin taleyi: Ermənistanın müzakirələri davam edir
Dərsliklər parlamentdə müzakirə olunacaq: Nazir də qatılır
11 sentyabrın 25-ci ildönümü: Müharibəsiz ilk anma
Ukrayna sərhəddə xüsusi rejim tətbiq edir
BMT Yəmən üçün təcili iclas çağırır
Husilər Əl-Moxa liman şəhərini ələ keçirdi