Tramp İranla bağlı iddiaları qətiyyətlə rədd etdi
ABŞ ilə İran arasında daimi sülhə nail olmaq üçün diplomatik səylər davam edir. Bu çərçivədə, ABŞ mərkəzli Axios xəbər portalı Vaşinqton ilə Tehran arasında baş tutan görüşlərlə bağlı maraqlı bir iddia ortaya atıb. Mənbəsi açıqlanmayan ABŞ rəsmilərinə istinadən verilən məlumatda, ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı konkret güzəştlər qarşılığında Tehrana iqtisadi rahatlama təklif etməyə hazır olduğu irəli sürülüb.
Minval.info xəbər verir ki, Axios-un “Tramp, konkret nüvə güzəştləri qarşılığında İrana iqtisadi rahatlama təklif edir” başlıqlı xəbərində, Tramp administrasiyasının İranın nüvə proqramı ilə bağlı atacağı konkret addımlar qarşılığında sanksiyaları yüngülləşdirməyə və dondurulmuş İran aktivlərini azad etməyə hazır olduğu iddia edilib.
ABŞ ilə İran arasında dolaylı görüşmələr haqqında məlumatı olan bir ABŞ rəsmisi, müzakirələri “olumlu və konstruktiv” kimi qiymətləndirib. Rəsmi, İranın nüvə proqramı məsələsində “elastik” mövqe sərgilədiyini bildirib. Bununla belə, tərəflər arasında hələ də əhəmiyyətli fikir ayrılıqlarının mövcud olduğunu vurğulayan rəsmi, “nüvə məsələsi həll olunmadan” bir razılaşmanın əldə olunmayacağını qeyd edib.
ƏLAQƏLİ
Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti BMT-də müzakirə edilib
Tramp isə Axios-un xəbərini özünün Truth sosial media platformasında yayımladığı açıqlama ilə təkzib edib. ABŞ Prezidenti, İrana iqtisadi rahatlama və ya başqa bir mövzuda konkret bir təklif vermədiyini bildirib. Tramp, “Bu doğru deyil. Onlara heç bir şey təklif etmədim. Axios-un xəbəri, digər bənzər xəbərlər kimi yalnız ‘Tramp Əleyhdarlığı Sindromu’nu təmin etmək məqsədilə yayılan bir yalan xəbərdir. Bu yalan xəbəri dərhal geri çəkməlidirlər!” ifadələrini işlədib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Məkkə Sazişinə qoşulmaq istəyir: Pezeşkian nəyi hədəfləyir
Kolleclərə qəbulun nəticələri açıqlandı: 1818 abituriyent uğur qazandı
Aİ ölkələri Rusiyaya qarşı sanksiyaları siyasi alətə çevirir
Tramp və Si Czinpin görüşü: danışılmayanlar önəmli ola bilər
Almaniyada Sol Partiyalı Elif Eralp Dobrindtə qarşı iddia qaldırdı