Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan iyunun 30-da Xankəndidə keçirilən toplantıda ermənilərin Laçın şəhərini tərk etməyə məcbur olacaqlarını bildirib.

“Minval.info” xəbər verir ki, Modern.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, separatçıların toplantısında “Laçın dəhlizi” əsas müzakirə mövzusu olub. Arayik Arutyunyan bildirib ki, Xankəndini Ermənistanla birləşdirəcək “Laçın dəhlizi”nə çəkilən alternativ yolun istifadəyə verilməsilə ermənilər Laçın şəhərini tərk edəcəklər.

O, Laçının Sus və Zabux kəndlərində məskunlaşan ermənilərlə bağlı vəziyyətin də yaxşı olmadığını vurğulayıb.

“Hər şeyə baxmayaraq, biz Laçından yan keçməliyik. Biz heç kimə deməmişik ki, Laçından çıxın, amma mən hesab edirəm ki, soydaşlarımız çətin ki, Laçında qalıb yaşamağa davam etsin”.

O, Laçının Zabux kəndində qanunsuz məskinlaşan ermənilərlə bağlı Rusiya tərəfilə danışıqlar aparıldığını da qeyd edib.

Yeni yoldan danışan Arutyunyan “gələcək təhlükəsizlik məsələlərinə əsaslanaraq, fikrimizcə, ən yaxşı variantı seçdik. Burada açmaq istəmədiyim sirlər var” deyib.