"Toyda direktoru "butulka" ilə vurublar" - Təhsil şöbəsinin müdiri

Ağsu rayon təhsil şöbəsinin müdiri Səftər Əliabbasov rayonun Ləngəbiz kənd orta məktəbinin direktoru Müşfiq Mirzəyevin kənd müəllimi tərəfindən döyülməsi haqda xəbərlərə aydınlıq gətirib.
Minval.İnfo xəbər verir ki, şöbə müdiri AzVision.az-a açıqlamasında direktorun müəllim tərəfindən döyülmədiyini deyib. Onun sözlərinə görə, məlum hadisə toy məclisində baş verib, bunun məktəblə heç bir əlaqəsi yoxdur.
“Şamaxının Göylər kəndində keçirilən toy məclisində qonaqlar arasında dava olub. Dava iştirakçılarından birinin atdığı “butulka” təsadüfən direktora dəyib. O, yüngül xəsarət alıb. Bu səbəbdən onu Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hazırda heç bir problemi yoxdur. Direktorla danışmışam, sabah, ya da biri gün işə çıxacağını dedi”, – deyə şöbə müdiri bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir
Bakıda güclü külək ağacın budağını qopardı
Azergold Söyüdlü yatağında ilk partlayışı həyata keçirdi
Mayamidə kargo təyyarəsi qəzaya uğradı: 5 ölü