Tovuzda oğru polisə xəsarət yetirdi
Tovuz rayonu ərazisində avtomobildən oğurluğa cəhd göstərən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minva.info-ya verilən məlumata görə, aprelin 4-də saat 1 radələrində Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində naməlum şəxs Dönük Qırıqlı kənd sakini Ə.Həsənovun “Lexus” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərib. Bu zaman səsə-küyə gəlmiş polis serjantı N.Həsənov şübhəli şəxsi saxlayarkən o polis əməkdaşının əl nahiyəsinə metal alətlə xəsarət yetirib, qaçmağa cəhd göstərib. Lakin görülmüş tədbirlərlə həmin şəxs saxlanılıb.
Araşdırmalarla onun Qovlar şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Qasımov olması müəyyən edilib.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?