Tofiq Quliyevin mahnısını ABŞ Senatında oxudular -VİDEO
Buxara yəhudi konqresinin 20 illiyi münasibətilə ABŞ Senatında təşkil olunan şam yeməyində bxaralı müğənni Rəşid Rubinov məşhur Azərbaycan mahnısı “Yalqızam, yalqız”ı ana dilimizdə ifa edib. Bu, Azərbaycan və yəhudi xalqları arasında möhkəm dostluğun ifadəsi kimi əlamətdar sayılır.
Qeyd edək ki, həmin mahnı Azərbaycanın məşhur bəstəkarı Tofiq Quliyevin populyar əsərlərindən biridir. Mahnının sözlərini görkəmli şairimiz Rəsul Rza yazıb. Onun ilk ifaşısı isə Rəşid Behbudov olub. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilib.
Onu da xatırladaq ki, bundan əvvəl də İsraildə, eləcə də dünyanın başqa yerlərindəki yəhudi diasporu arasında Azərbaycan mahnılarına, klassik musiqi əsərlərinə maraq həmişə böyük olub.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar