Tıxacda bunu etməyin! — 60 manat və 3 bal cərimə
Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə tətbiq edilən sarı kəsişmə torunda qalan sürücülər cərimələnəcək.Bakı Nəqliyyat Agentliyindən “Minval.İnfo”ya verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə altmış manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub.
Mövcud qanunvericilikdə bu məsələ kifayət qədər aydın şəkildə öz əksini tapıb. Belə ki, “Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Lakin təəssüf ki, Bakı şəhərində sürücülər bu qaydaya əməl etmir ki, bu da günün pik saatlarında yol kəsişmələrinin qapanmasına səbəb olur. Torun çəkilməsi insanların yol hərəkəti qaydalarına daha ciddi riayət etməsinə yardım edəcək və məlumatverici xarakter daşıyır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bürclər - 1 may
İcra hakimiyyətinin binasının qarşısında biabırçı mənzərə - Fotolar
Elçin Quliyev aparıcını təltif etdi - FOTO
Manat 26 yaşında
Yasamal RİH açıqlama yaydı
Azərbaycanın bu il ən çox məhsul ixrac etdiyi ölkələrin reytinqi - TOP-10
Tərtərdən Qazaxa gedərkən yolda itkin düşən qadın tapılıb (FOTO)