Tiktoker "qara qartal"ın qeyri-etik videosu onu 700 manat cəriməyə gətirib çıxardı
Sosial media platformalarında qeyri-etik paylaşımlar edən bir tiktoker hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Minval.info xəbər verir ki, 27 yaşlı Cavid Abbasov, öz fotosunun üzərinə nalayiq ifadələr əlavə edərək video hazırlayıb və bu videonu ‘Qara qartal’ adlı Tiktok səhifəsində yayımlayıb. Bu hərəkəti ilə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə hörmətsizlik göstərən davranışlar sərgiləyib.
Hadisə ilə əlaqədar olaraq, Cavid Abbasov İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən saxlanılıb və barəsində protokol tərtib olunub. O, etdiyi hərəkətdən peşman olduğunu və sərxoş vəziyyətdə paylaşımı etdiyini bildirib. Abbasov, gələcəkdə belə hallara yol verməyəcəyini və yüngül cəza ilə cəzalandırılmasını istəyib.
ƏLAQƏLİ
Nazirlikdə yeni təyinat: Rövşən fətullayevin təcrübəsi strateji proqnozlaşdırmaya yönəldi
Məhkəmənin qərarı ilə Cavid Abbasov 700 manat məbləğində cərimələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ