07.08.2020 - 10:01
Maraqlı 25 baxış

“TikTok”da ən çox qazananların adları açıqlandı

Amerikanın “Forbes” jurnalı “TikTok”un köməyi ilə daha çox qazanan istifadəçilərin siyahısını təqdim edib.

Minval.info “Report”a istinadla xəbər verir ki, siyahıda birinci yeri ABŞ-ın Luiziana ştatından 19 yaşlı Edison Rey İsterlinq tutub. O, 12 ay ərzində “TikTok”un köməyi ilə təxminən 5 milyon ABŞ dolları qazanıb. Edison Rey İsterlinqin 54 milyondan çox abunəçisi var.

Qeyd edilir ki, o “American Eagle” geyim istehsalçısı və “Spotify” internet-xidməti ilə “TikTok” sayəsində razılaşmalar imzalayıb.

Siyahıda ikinci və üçüncü yeri müvafiq olaraq Los-Ancelesdən (Kaliforniya ştatı) Çarli və Diksi D Amelio bacıları tutub. Birinci qız 4 milyon ABŞ dolları, ikinci isə 2,9 milyon ABŞ dolları qazanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: