Texnologiyada inqilab: Elastik planşet hazırlandı
Kanadanın Kral Universitetinin tədqiqatçılar qrupu planşetə və smartfona bənzəməyən, lakin hər iki qadcetin funksiyaları ilə təchiz edilmiş “MagicScroll” adlı orijinal qurğu hazırlayıb.
Azərtac xəbər verir ki, istehsalçıların sözlərinə görə, onları elastik sensor ekrana malik qadcetin yaradılmasına qədim Misir papirus bağlamaları (lülə halında bükülmüş kağızlar) ilhamlandırıb. 3D-çapın köməyi ilə hazırlanmış yeni qurğunun ekranında dəyişmələr qadcetin kənarlarında yerləşdirilmiş təkərləri döndərməklə həyata keçirilir.
Əlavə məlumat tələb olunduqda istifadəçi görünüş sahəsinin formatının genişlənməsi üçün ekranı korpusdan ayıra bilər. Elastik ekran 2K təsvir ölçüsünə malikdir.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Qadcetin qeyri-adi silindrik forması artıq bir sıra üstünlüklərini göstərib. Məsələn, “MagicScroll” əldə və cibdə saxlamaq üçün “iPad”dan daha rahatdır. Qurğu onu jestlərin köməyi ilə idarə etməyə imkan verən kamera ilə təchiz olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir