Tələbələri təhdid edən ADMİU tələbəsi qovuldu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tələbələri təhdid edən bir şəxsin universitetdən xaric edilməsi ilə bağlı açıqlama verib. Sosial mediada yayılan videoda iştirak edən şəxslərin bacı və qardaş olduğu müəyyən edilib. Videoda görünən qızın ADMİU ilə heç bir əlaqəsi olmadığı, qardaşı Kənan Zindadilin isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə ikinci kurs tələbəsi olduğu bildirilib.
Minval.info xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar ADMİU-nun İntizam komissiyası təcili iclas keçirib. İclasda qəbul edilən qərara əsasən, Kənan Zindadil universitetin daxili nizam-intizam qaydalarını pozduğu üçün ADMİU-dan xaric edilib. Bu qərar rektor tərəfindən təsdiqlənərək qüvvəyə minib.
Universitet rəhbərliyi tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi diqqət yetirdiyini və onların təhlükəsiz təhsil mühitində təhsil almalarını təmin etmək üçün zəruri tədbirlər gördüyünü bir daha vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəy toyda tortu yerə çırpdı: Skandal!
Ford Puma: 70 min manata yeni hibrid model
Mənzurə Musayevanın qardaşı baş həkim təyin edildi
Ağsuda yük maşını aşdı, toyuqlar yola səpələndi
Feyzullayevlərin milyonluq toyu: Prokuror nəvəsi gəlin oldu
Seda Sayan oğluna səsləndi: "Evlən, ayıbdır!
Aysun İsmayılova dələduzluğun qurbanı oldu: 12 minlik zərər!