TƏBİB-dən ACI STATİSTİKA: Bir ayda 7 nəfər suda boğularaq ölüb
İyul ayında Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sudaboğulma ilə bağlı 22 müraciət daxil olub.
Minval.info xəbər verir ki, bu barədə TƏBİB Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat yayıb.
Bildirilib ki, daxil olan müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5 nəfərə hadisə yerində tibbi yardım göstərilib, 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
ƏLAQƏLİ
Rumıniya sahillərində gəmi qəzası: Qara dənizdə türk dənizçilər xilas edildi
TƏBİB-in məlumatında qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi vətəndaşları çimərlik mövsümündə təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Qurum əhaliyə yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyi, təhlükəli və nəzarətsiz ərazilərdə suya girməməyi tövsiyə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rumıniya sahillərində gəmi qəzası: Qara dənizdə türk dənizçilər xilas edildi
Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi
Bakıda qadın canlı yayım zamanı həyatını itirdi
İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü
Dövlət sərhədində bir ayda 472 kiloqram narkotik aşkarlanıb
Yarım tona yaxın narkotik aşkarlandı