Tbilisidə keçirilən etiraz aksiyası səhərə qədər davam edib - FOTO
Tbilisidə davam edən etiraz aksiyasına ölkənin bölgələrindən də dəstək verilir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyaya dəstək məqsədilə Kutaisidən paytaxta 80 nəfər gəlib.
Aksiyaya habelə Qori, Zestafoni, Kaspi və digər iri rayonların sakinləri də qoşulublar. Aksiyaçılar baş nazir Georqi Kvirikaşvilini polisin gecə klubunda keçirdiyi xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağı tələb etsələr də, buna görə ona saat 22:00-dək vaxt versələr də, baş nazir ultimatuma hər hansı reaksiya verməyib.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Hazırda Gürcüstan paytaxtında yağıntılı havanın olmasına baxmayaraq, etirazçılar aksiyanı davam etdirəcəklərini bildiriblər.
Etirazçılara yağış keçirməyən xususi plaş paltarlar paylanılıb. Yağışlı hava şəraitinəı baxmayaraq, aksiya səhərə qədər davam edəcək.
Qeyd edək ki, aksiyaya səbəb Gürcüstan polisinin dünən gecə paytaxtdakı “Qalleri” və “Bassiani” gecə klublarında narkotiklərə qarşı əməliyyat keçirməsidir. Əməliyyat zamanı bir neçə nəfərdən narkotik maddə götürülüb, faktla bağlı 8 nəfər saxlanılıb.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı