Tanış olduğu qadının evinə gedən şəxsi hədələyib pul aldılar — Bakıda
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aydın Qurbanov, Mais Mirzəyev, Fərid Xudaverdiyev və Həmid Alməmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.“Ölkə.Az” xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib.
Növbəti məhkəmə iclasında fevralın 27-də davam etdiriləcək.
Qeyd edək ki, həmin şəxslər Bakı şəhər sakini Vüsal Məmmədovdan (ad, soy ad şərti) hədə-qorxu ilə pul tələb ediblər.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Məmmədov ötən il martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.
Onun sözlərinə görə, sonradan həmin evə gələn digər naməlum şəxslər özlərini həmin qadının əri və qohumları kimi təqdim edib, onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.
Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri olan H.Alməmmədov qısa müddətdə müəyyən edilərək polis tərəfindən saxlanılıb. Göyçay rayon sakini olan H.Alməmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Daha sonra digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBayram Məmmədovun ailəsini sarsıdan cinayət: Qardaşı saxlanıldı
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu