Tanınmış qadın alverçisinin Dubay - “Sərgüzəştləri”
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Amanə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Minval.info Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib və şərti cəza verilib.
İttihama görə, A.Əhmədova Bakıdan bir qadını Dubaya aparıb cinsi istismara məruz qoyub.
Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib.
A.Əhmədova “İnterpol” xətti ilə beynəlxalq axtarış verilib və bu il hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
A.Əhmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi