"Qarabağ"ın "Dandolk"la oyunu üçün standart biletlərin hamısı satılıb
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Dandolk”u ilə Bakıda keçirəcəyi cavab oyunu üçün standart biletlərin hamısı satılıb.
Bu barədə “Report”a klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, azarkeşlər qiyməti 2, 5 və 10 manat olan biletlərin hamısını alıblar. Satışda yalnız az sayda VİP sektor üçün 50 manatlıq biletlər qalıb.
Bu gün matçın keçiriləcəyi “Dalğa Arena”da standart yerlərin sayı 6700, VIP yerlərin sayı isə 610-dur. Bundan başqa, stadionda 11 skybox var.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Qeyd edək ki, “Qarabağ” “Dandolk”la cavab görüşünə azarkeşlər üçün xüsusi avtobuslar ayırıb. Saat 18:30-dan 19:45-dək 10 dəqiqəlik intervalla “Koroğlu” metrostansiyasından matçın keçiriləcəyi “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək. “Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu”ya geri qaytaracaq.
Qarşılaşma saat 21:00-da başlayacaq. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var