Tanınmış "KVN"çiyə Milli Məclisdə yüksək vəzifə verildi - FOTO
Milli Məclisdə (MM) kadr islahatları davam edir.
Minval.info bakupost.az-a istinadən xəbər verir ki, MM Aparatının Beynəlxalq əlaqələr şöbəsinə yeni sektor müdiri təyin olunub. Bu vəzifəyə İlqar Nəbiyev layiq görülüb.
İlqar Nəbiyev 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2001-ci ildən Tahir İmanovun yaratdığı “Planet Parni iz Baku” KVN teatrında da iştirak edib. Daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və “Şən və Hazırcavablar klubu” yarışları təşkil edib. “İqra” Yaradıcılıq Birliyinin rəhbəridir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meyxanaçı Ağakərimin səhhəti ilə bağlı SON XƏBƏR - Oğlu danışdı
Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
Ziyafət Əsgərovun qardaşı vəzifədən ayrıldı
Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırılıb
Bayrama ÖZƏL XƏBƏRDARLIQ! Heyvanın əti kəsildikdən 24 saat sonra...
Avtomobilə “Satılır” elanı yazanlar cərimələnəcək - 2 min manat