Tanınmış jurnalist OBA-nın PR meneceri oldu
Azərbaycanın tanınmış jurnalistlərindən olan İlkin Bağırov (İlkin İzzət) ölkənin ən böyük mağazalar şəbəkəsində yüksək vəzifəyə təyinat alıb.
O, “OBA” Marketlər Şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Məsələni dəqiqləşdirmək üçün İ.Bağırovla əlaqə saxladıq. O, faktı təsdiq edib: “Bəli, doğrudur. Artıq 10 gündür ki, “OBA” Marketlər Şəbəkəsində yeni işə başlamışam. Çalışacam ki, bu işin də öhdəsindən ləyaqətlə gələm, vəzifəmi vicdanla, ləyaqətlə və peşəkar tələblərə uyğun həyata keçirərək, təmsil etdiyim qurumun daha böyük uğurlar əldə etməsinə əlimdən gələn töhfəni verəm”.
Qeyd edək ki, İlkin İzzət 1998-ci ildən bəri televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi və portalları da daxil olmaqla müxtəlif kütləvi informasiya vasitələrində fərqli vəzifələrdə, həmçinin böyük şirkətlərdə ictimai kommunikasiyalar departamentinin rəhbəri və Milli Məclisdə məsləhətçi kimi çalışıb. “OBA”dakı təyinatına qədər isə rəsmi olaraq son iş yeri İctimai Televiziya və Radio Yayımları Şirkəti olan İ.Bağırov İTV-də şərhçi və redaktor vəzifələrini icra edib.
Xatırladaq ki, “OBA” Marketlər Şəbəkəsi “Veysəloğlu” Şirkətlər Qrupuna daxildir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rauf Arifoğlu Prezident İlham Əliyevə təşəkkür etdi
Rauf Arifoğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
"Səs" qəzeti fəaliyyətini dayandırır
Saytlara maliyyə dəstəyinin məbləği 2 min manat artırılıb