10.02.2022 - 12:39
Səhiyyə
2 baxış
Tanınmış həkim koronavirusla bağlı test cavablarının gecikdirilməsini "biabırçılıq" adlandırdı
Son zamanlar koronavirusa yoluxan şəxslərin analiz cavabları ilə bağlı narazılıqları durmadan artır. Əksəriyyət qeyd edir ki, test nəticələrinin cavabları gecikdirilir və karantin müddəti analiz verilən tarixdən deyil, cavab verilən tarixdən hesablanır.Sfera.az-ın məlumatına görə, bununla bağlı tanınmış radioloq həkim Aydın Əliyev müşahidə edilən proseslərin yolverilməz olduğunu bildirib:
“Televiziya əməkdaşlarından biri də Səhiyyə nazirliyinə sual ünvanlayıb ki, bəs niyə analizlərin cavabı gecikir. Deyiblər ki, sistem əvvləldən belə qurulub. Əgər əvvəlki qayda ilə davam ediləcəksə, onda bu kadr dəyişikləri kimə və nəyə lazım idi? Bu dözülməzdir!”.
Mütəxəssis vurğulayıb ki, şəxs analiz verir və cavab gec hazır olursa, bu müddətdə şəxs məsuliyyət daşımamalıdır:
“Onun işə getməyə, ictimai nəqliyyatdan istifadə etməyə hüququ var. Analizin cavabı hazır olana qədər o artıq sağalır. Sağalandan sonra cavab müsbətdirsə, ona mesaj gəlir ki, daha 7 gün izolyasiya edilməlidir. Sadəcə biabırçılıqdır!”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Neftçi"nin oyununda sonunda dava: "Buna görə adam öldürürlər" - Video
02.09.2019 - 08:55
Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı
14.01.2019 - 11:23
Volodimir Zelenski Azərbaycana humanitar dəstəyi ilə bağlı təşəkkür edib
14.11.2025 - 17:32
Azərbaycanda dəhşət: Kişi qadını traktora bağlayıb yandırdı - VİDEO (18+)
10.06.2020 - 13:18
Həbslər kifayət deyil... - Fazil Mustafadan TƏKLİF
20.07.2022 - 12:41
Əncir südünün sağlamlığa 10 faydası – Ən qiymətli süddür
24.08.2019 - 23:45
“General bu sahədə monopoliya yaradır”
25.01.2023 - 14:55