Taleh Ziyadov: "Zəngəzur dəhlizinin açılışı Bakı Limanının dövriyyəsini artıracaq"
“Zəngəzur dəhlizinin açılması Bakı Limanının böyük potensialı olduğu ortaya çıxartdı və gələcəkdə yükdaşımaların artmasını gözləyirik”.
Minval.info xəbər verir ki, bunu , “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin direktoru Taleh Ziyadov bu gün jurnalistlər üçün keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi sovet dövründə ən önəmli dəhlizlərdən biri idi: “Sovet Ittifaqı ölkələri arasındakı iqtisadi əlaqələr Zəngəzur dəhlizi vasitəsilə aparılırdı. Bizim ölkəmizində Culfadan İrana gedən dəmir yolu vasitəsilə ildə 3 milyon tona qədər yük dövriyyəsi olurdu. Birinci Qarabağ müharibəsindən sonra bu dəhlizdə yükdaşıma tamamilə yox oldu. İkinci Qarabağ müharibəsindən sonrakı zəfərlə yeni perspektivlər həm Azərbaycan, həm də region üçün açılmaqdadır.
Biz liman olaraq dəhlizinin çox böyük əhəmiyyətini görürük. Limandan dəmir yolu vasitəsilə Türkiyəyə, Agdənizə çıxış daha qısadır. Həm Türkiyənin, həm Avropanın Orta Asiya ilə çox ciddi ticarəti var. Bu ticarət dövriyyəsi daim artır. Bu dövriyyənin Bakı Limanı vasitəsilə artmağını ehtimal edirik, buna hazırlıq görürük”.
Onun sözlərinə görə, qonşu limanlarla, xüsusilə Qazaxıstan, Türkmənistan limanları ilə yaxın əlaqələrin yaradılması işlərin harmonizasiyası, işlərin yaxından əlaqələndirilməsi bizim regionun ticarətinə çox böyük əhəmiyyəti var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ət və yağın qiyməti bahalaşıb - Rəsmi
“Manatla bağlı yeni ssenarilərə hazır olmalıyıq”
Azərbaycanda "kənd yumurta"sı 100 faiz bahalaşdı — RƏSMİ AÇIQLAMA
Alman ekspertlərdən iddia: “Neft tezliklə bitəcək, enerji böhranı yaranacaq”
Azərbaycanın ən yaxşı ixracatçıları məlum olub
Azərbaycanda bu bank bağlana bilər - Külli miqdarda ziyan...
"Brent" nefti ay ərzində ilk dəfə 91 dollardan aşağı düşüb