18.09.2026 - 18:46
İqtisadiyyat 17 baxış

İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır

İsveçrədə karyerasına təcrübəçi kimi başlayan 23 yaşlı Ferran, qısa müddətdə əczaçılıq sektorunda işə keçərək gəlirini əhəmiyyətli dərəcədə artırıb. Gəncin hazırkı aylıq ümumi gəliri təxminən 8 min İsveçrə frankına, yəni 16 500 manata çatır.

Minval.info xəbər verir ki, Ferran İspaniyada biotexnologiya təhsili aldıqdan sonra İsveçrədə iş axtarmağa başlayıb. O, müxtəlif şirkətlərə müraciətlər göndərərək onlayn müsahibələrdən sonra ödənişli staj keçmək imkanı əldə edib.

Əmək fəaliyyətinə stajyer kimi başlayan Ferran, ilk dövrdə aylıq təxminən 2 500 İsveçrə frankı qazanıb. Staj müddətində İsveçrədəki iş mühiti və yaşayış şəraiti ilə yaxından tanış olan Ferran, daha sonra karyerasını əczaçılıq sektorunda davam etdirib. Hazırda onun aylıq ümumi maaşı təxminən 8 min İsveçrə frankıdır. Vergilər və digər tutulmalar çıxıldıqdan sonra isə əlinə təxminən 6 min İsveçrə frankı qalır.

İsveçrədə yüksək gəlirlərlə yanaşı, yaşayış xərclərinin də yüksək olması diqqət çəkir. Ferranın sözlərinə görə, ölkədə mənzil tapmaq ən böyük çətinliklərdən biridir. Staj keçdiyi dövrdə təxminən 20 kvadratmetrlik studiya mənzil üçün aylıq 1 000 avroya yaxın kirayə ödəyib. Gənc bəzi mənzil axtarışlarında eyni ev üçün çox sayda insanın müraciət etdiyini, hətta 30 nəfərə qədər növbələrin yarandığını bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: