Taksi sürücüləri üçün 3 vacib tələb - "Cərimə tətbiq edilməlidir" - Ekspert
“Bu gün taksi xidməti sahəsində özbaşınalığı aradan qaldırmağın yollarından biri də qanunvericliyi və Nazirlər Kabinetinin bu sahədəki reqlamentini pozan taksi operatorlarına qarşı müəyyən sanksiyaların tətbiq edilməsidir”.
Bunu Bakupost.az -a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Onun sözlərinə görə, əgər taksi şirkətləri gəlirlərinin 10 faizi həcmində cərimə olunsalar, o zaman bu sahədə səliqə-sahman yaranacaq:
“Üç sadə şərtə əməl edilmədiyi üçün cərimələr tətbiq olunmalıdır. Bu şərtlərdən birincisi odur ki, taksi sürücüsünün yaşı 21-dən az olmamalıdır. Lakin 18-19 yaşlarında olan sürücülərə də rast gəlirik. Sürücünün 2 il iş təcrübəsi olmalıdır. Amma görürük ki, yeni sürücülük vəsiqəsi alanlar taksi fəaliyyəti ilə məşğul olurlar. Taksidə istifadə olunan minik avtomobilində sarı rəngli taksi fənəri olmalıdır. Biz bunu da görmürük. Ona görə də cərimələr tətbiq edilməlidir. O zaman sadalanan neqativ hallar aradan qalxacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lütfi Zadənin anım günü: Dahinin izi qalır
Bakıda 3 günlük yağış: Leysan və dolu gözlənilir
Azərbaycanda sel təhlükəsinə hazırlıq nə yerdədir?
Şuşada tarixi qayalara yazılar: Şəhidlərə hörmətsizlik!
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı