04.08.2026 - 16:37
Hadisə 25 baxış

Tağıyev filmi Azərbaycan kinosunda yeni rekord qoydu: 200 min tamaşaçı!

Bakı Media Mərkəzinin istehsalı olan ‘Tağıyev’ filmi, Azərbaycan kinoteatrlarında 200 mindən çox tamaşaçı tərəfindən izlənilərək ən çox baxılan film statusunu qazanıb.

Minval.info xəbər verir ki, film ‘Tağıyev: Neft’, ‘Tağıyev: Çar’, ‘Tağıyev: Sona’ və ‘Tağıyev: Məktəb’ kimi bölümlərlə təqdim olunub və geniş maraqla qarşılanıb. Kinoteatrlar tərəfindən rəsmi statistika açıqlanaraq, ‘Tağıyev’ filminin ən çox izlənilən Azərbaycan filmi olduğu təsdiqlənib.

Film, Azərbaycanın tarixi və milli dəyərlərinin təbliğində mühüm rol oynayır. İlk bölüm ‘TAĞIYEV: NEFT’, böyük xeyriyyəçinin vəfatının 100 illiyinə təsadüf edən 2024-cü ildə təqdim olunub. ‘TAĞIYEV: MƏKTƏB’ isə qızlar məktəbinin yaranmasının 125 illiyi ilə əlaqədar 2026-cı ildə nümayiş etdirilib.

‘TAĞIYEV’ filminin hər bir hissəsi mədəniyyət hadisəsi olaraq geniş izləyici kütləsi toplayıb. Film həm ölkə daxilində, həm də xaricdə təqdim olunaraq böyük rəğbət qazanıb. ‘Tağıyev: Neft’ filmi, Oscar mükafatlarına ‘Ən yaxşı beynəlxalq bədii film’ kateqoriyasında namizəd göstərilib və Los-Ancelesdə təqdim edilib. Film həmçinin Londonda BAFTA-nın Princess Anne Theatre zalında da nümayiş olunub.

Filmin çəkilişləri 76 fərqli məkanda aparılıb və 2500-dən çox yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb və xüsusi geyimlər, aksesuarlar yaradılıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissor Zaur Qasımlı və ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: