Tacir Şahmalıoğlu: "Narahatlığa səbəb yoxdur
Müğənni Tacir Şahmalıoğlu son günlərdəki arıqlaması və görünüşündəki dəyişikliklə bağlı narahat olanlara sosial şəbəkədə açıqlama verib. O, qripə yoluxduğunu və hazırda səhhətinin yaxşı olduğunu bildirib.
Minval.info xəbər verir ki, sənətçi öz açıqlamasında narahat olanlara təşəkkür edərək, hər şeyin qaydasında olduğunu vurğulayıb. “Məndən ötrü nigaran olanlara bildirmək istəyirəm ki, narahat olmayın. Hər şey öz qaydasındadır. İnsanıq, bir az arıqlayıb-kökəlirsən. Xəstəlik də var, virus gəzir. Mən də qrip oldum. Qrip məni bir az əldən saldı. Amma şükür Allaha ki, yaxşıyam. Hamıya təşəkkür edirəm, hər dəqiqə zəng gəlir. Narahatlığa səbəb yoxdur, bir neçə günə özümü toparlayacağam”, – deyə müğənni bildirib.
Qeyd edək ki, bir müddət əvvəl mədəaltı vəzidən əməliyyat olunan sənətçi 25 kiloqram çəki atıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır