"Təzəpir" məscidinin yanında aşkarlanan qalıqlarla bağlı rəsmi reaksiya
“Təzəpir” məscidinin ətrafında qazıntı zamanı aşkarlanan hamam qalıqları tarixi abidə deyil””.
Bu barədə ONA-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Xidmətin əməkdaşı artıq ərazidə olub və tarixi sənədlərə baxış keçirib: “Bu hamam XX əsrin əvvəllərində tikilib, şəxsi mülkiyyətdə imiş. Hamamın bir hissəsi ötən əsrin 50-ci illərində sökülüb, üzərində ev tikilib. Qalan hissəsi isə təxminən 2007-2008-ci illərdə sökülüb. Hazırda tapılan hissə hamamın külxanasıdır, balaca bir yerdir. Tarixi abidə kimi hamam heç vaxt dövlət qeydiyyatında olmayıb”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, “Təzəpir” məscidinin ətrafında aparılan tikinti işləri zamanı qazıntılar altından hamam qalıqları tapılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda