Təkrar hərbi xidmətə çağırıldı - Getməsə, cərimələnəcək (FOTO)
“Oğlum 9 il əvvəl tam hərbi xidmətə çağırılıb və Beyləqan rayonundakı hərbi hissələrdən birində 1 il 6 ay xidmət edərək ordu sıralarından tərxis edilib. Ancaq yenidən ordu sıralarına çağrılması ilə bağlı məktub almışıq”.
Bu sözləri “Qafqazinfo”ya müraciətində Cəlilabad rayon Adnalı kənd sakini Adışirin Əmirov deyib. O bildirib ki, 1992-ci il təvəllüdlü oğlu Emil Əmirlinin adına bundan öncə də 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi tərəfindən ilkin tibbi müayinədən keçməsi tələbi ilə məktub təqdim olunub:
“Həmin vaxt oğlumla birlikdə sözügedən quruma müraciət edərək hərbi bileti təqdim etdik. Bizdən üzr istəyərək yanlışlıq olduğunu bildirdilər. Ancaq bir neçə gün bundan əvvəl analoji hadisə yenidən təkrarlandı. Bu dəfə xəbərdarlıq məktubunda əks halda 50 manat cərimələnəcəyi bildirilib. Artıq bu məsələnin birdəfəlik həllini tapmasını istəyirik”.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir